SOCAR İtaliya şirkəti ilə Anlaşma Memorandumu imzaladı

09.07.2026

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "Technip Energies Italy S.p.a." şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

Qaynarinfo SOCAR-a istinadən xəbər verir ki, Anlaşma Memorandumu bu gün şirkətin prezidenti Rövşən Nəcəfin "Technip Energies Italy S.p.a."nın baş icraçı direktoru Karlo Korsi ilə görüşündə imzalanıb.

Görüşdə şirkətlər arasında ötən illər ərzində formalaşmış uğurlu tərəfdaşlıqdan məmnunluq ifadə olunub, potensial əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi ilə qarşılıqlı faydalı əlaqələrin genişləndirilməsinin önəmi vurğulanıb.

Söhbət zamanı neft-kimya sahəsində yüksək xammal çevikliyinə malik istehsal həllərinin tətbiqi, eləcə də məhsuldarlığın artırılması və enerji səmərəliliyinin yüksəldilməsi istiqamətlərində mümkün əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Tərəflər SOCAR-ın xarici ölkələrdə icra etdiyi layihələrdə "Technip Energies Italy S.p.a." şirkətinin iştirakı imkanlarına, "yaşıl enerji" və dekarbonizasiya layihələri üzrə tərəfdaşlığa dair fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, sənəd "Petkim Master Plan" layihəsi çərçivəsində potensial əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsini nəzərdə tutur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью