SOCAR “Mühəndislərin Davamlı İnkişaf Proqramı”nı həyata keçirib

30.12.2024

Icma.az, Report.az saytına istinadən bildirir.

Dövlət Neft Şirkəti (SOCAR) “Mühəndislərin Davamlı İnkişaf Proqramı”nı həyata keçirib.

"Report" bu barədə SOCAR-a istinadən xəbər verir.

Məlumata görə, Qazma və quyuların təmiri sahəsində əməliyyat mükəmməlliyinə, insan kapitalının inkişafına nail olmaq üçün SOCAR və NeXT ("Schlumberger") şirkətinin birgə əməkdaşlığı ilə “Mühəndislərin Davamlı İnkişaf Proqramı” uğurla həyata keçirilib. Layihə çərçivəsində NeXT SOCAR-ın ekspertlərinin qazma, geoelmlər və layihələndirmə istiqamətləri üzrə təlimləndirilməsi və sertifikatlaşdırılmasını həyata keçirib.

Bizim Telegram kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью