SOCAR ötən il AFFA ya nə qədər pul ayırıb?

11.04.2025

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

2003-cü ildən AFFA-nın baş sponsoru olan SOCAR tərəfindən milli assosiasiyaya 2024-cü il üçün ayrılan vəsaitin məbləği bəlli olub.

Axar.az xəbər verir ki, bu barədə AFFA-nın hesabatında bildirilib.

AFFA-nın, milli komandaların, AFFA-nın balansında olan stadionların saxlanılması, AFFA-nın tərkibində olan federasiyalar və üzvlərin maliyyələşməsi, uşaq və gənclər futbolunun inkişafı, qızlardan və oğlanlardan ibarət olan müxtəlif yaş qrupları üzrə liqaların təşkili, kütləvi futbolun inkişafı, turnirlərin, beynəlxalq və digər layihələrin həyata keçirilməsi ilə əlaqədar 2024-cü ildə SOCAR tərəfindən AFFA-ya 13 milyon manat maliyyə vəsaiti ayrılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью