SOCAR ötən rüb neft emalını 3 % dən çox azaldıb

02.11.2026

Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu ilin üçüncü rübündə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 1 milyon 626 min 513 ton neft emal edib.

BAKU.WS xəbər verir ki, bu barədə SOCAR-ın 2026-ci ilin III rübünə dair açıqladığı qazma, hasilat, emal və ixrac göstəricilərində deyilir.

Bu, 2025-ci ilin iyul-sentyabr ayları ilə müqayisədə 53 min 834 ton və ya 3,2 % azdır.

Qeyd edək ki, ötən ilin üçüncü rübündə SOCAR 1 milyon 680 min 347 ton neft emal edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью