SOCAR Polymer 6 ayda ümumi dəyəri 128 milyon dollardan çox olan məhsul ixrac edib

29.07.2026

Icma.az, Baku.ws portalına istinadən məlumat verir.

Bu ilin yanvar-iyun aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 57 %-lik törəməsi olan "SOCAR Polymer" MMC 128,3 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

BAKU.WS report-a iatinadən xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın iyul sayında bildirilir.

Bu, 2025-ci ilin 6 ayı ilə müqayisədə 700 min ABŞ dolları və yaxud 0,5 % azdır.

6 ay ərzində Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 16,9 % artaraq 1,8 milyard ABŞ dolları təşkil edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью