sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Misli Premyer Liqasında 11-ci turun oyunları davam edir. Sport24.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma keçiriləcək.
Günün ilk matçında turnir cədvəlinin alt pillələrində yer alan komandalar üz-üzə gəlir. Aktivində 3 xal olan və 12-ci yerdə "lövbər salan" "Araz-Naxçıvan", bir xal çox toplamaqla 11-ci pillədə qərarlaşan "Şəfa"nın qonağıdır. İlk dövrənin son oyunu hər iki kollektiv üçün çox önəmlidir. "SOCAR Polymer Arena"da baş tutacaq görüşü 6 xallıq oyun da adlandırmaq olar.
Qeyd edək ki, dünən turu 11-ci tur çərçivəsində 2 qarşılama baş tutub. "Qarabağ" öz meydanında "Turan Tovuz"a 0:1 hesabı ilə məğlub olubsa, "Neftçi" "doğma divarlar" arasında "Kəpəz"ə qalib gəlib - 1:0.
Misli Premyer Liqası
I dövrə, XI tur
16:00. "Şəfa" - Araz-Naxçıvan"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Kərim Zeynalov, Elçin Məsiyev
VAR: Emin Əliyev
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Sumqayıt. "SOCAR Polymer Arena".