“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

30.09.2025

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 30 sentyabr, AZƏRTAC

Cari ilin yanvar-avqust aylarında “SOCAR Polymer” MMC 190,5 milyon dollar dəyərində məhsul ixrac edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,1 faiz çoxdur.

AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın sentyabr sayında bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar- avqust aylarında “SOCAR Polymer” MMC-nin ixrac gəlirləri 167 milyon dollar olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью