“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

30.04.2026

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 30 aprel, AZƏRTAC

2026-cı ilin yanvar-mart aylarında “SOCAR Polymer” MMC 57 milyon dollar dəyərində məhsul ixrac edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz azdır.

AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın aprel nömrəsində bildirilib.

Qeyd edək ki, 2025-ci ilin yanvar- mart aylarında “SOCAR Polymer” MMC-nin ixrac gəlirləri 59 milyon dollar olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью