“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

29.10.2026

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 29 oktyabr, AZƏRTAC

2026-cı ilin yanvar-sentyabr aylarında “SOCAR Polymer” MMC 197 milyon dollar dəyərində məhsul ixrac edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,8 faiz və ya 10 milyon dollar azdır.

AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın oktyabr sayında bildirilib.

Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında “SOCAR Polymer” MMC-nin ixrac gəlirləri 207 milyon dollar olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью