Marja.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
2026-cı ilin yanvar-avqust aylarında “SOCAR Polymer” MMC-nin ixracı 175,6 milyon ABŞ dolları təşkil edib.
Marja.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”na istinadən xəbər verir ki, ö tən ilin eyni dövründə bu göstərici 190,5 milyon dollar idi.Beləliklə, ixrac 14,9 milyon dollar və ya 7,8% azalıb.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
“SOCAR Polymer” dövlət ixracatçıları sıralamasında üçüncü yerdə qalsa da, 2025-ci ilin yüksək müqayisə bazasını geridə qoya bilməyib.
Yanvar-iyulda şirkətin ixracı 154,4 milyon dollar idi. Bu isə avqust ayında təxminən 21,2 milyon dollarlıq ixrac edildiyini göstərir. Yanvar-iyulda illik geriləmə 2,2% olduğu halda, yanvar-avqustda azalma 7,8%-ə yüksəlib.
Bu dinamika avqust ayının müqayisəli bazasının 2025-ci ildə daha yüksək olduğunu göstərir.
“SOCAR Polymer” 2013-cü ildə yaradılıb və Sumqayıt Kimya Sənaye Parkında polipropilen və yüksək sıxlıqlı polietilen istehsal edən iki zavoda malikdir. Zavodların illik istehsal gücü müvafiq olaraq 184 min və 120 min tondur. Şirkətin satış modelində Türkiyə və Avropa bazarları əsas ixrac istiqamətləridir.