Anews saytına istinadən Icma.az xəbər verir. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf noyabrın 22-də İstanbul Enerj
"Düşünürəm ki, dünya təbii qaz qıtlığının olacağına hazır olmalıdır.
Bu qaz Aİ tərəfindən keçid yanacağı kimi tanınır, lakin beynəlxalq maliyyə institutları "yaşıl” gündəliyə görə bu cür layihələri maliyyələşdirməkdən çəkinir, Avropa isə Azərbaycandan əlavə qaza ehtiyac olduğunu etiraf edir”, - Nəcəf qeyd edib.
Onun fikrincə, istənilən qaz kəşfiyyatı və hasilatı layihəsi investisiya qoyulan andan qazın son istehlakçıya çatdığı ana qədər illər tələb edir.
"Azərbaycan Avropaya qaz tədarükünü artırdı, çünki tələbat var idi və Avropadakı tərəfdaşlarımızdan xahişlər var idi.
Biz bacardıq, lakin qaz hasilatında və qaz ixracında əlavə kapital olmadan əlavə qaz həcmini artırmaq və tədarük etmək mümkün deyil.
Hesab edirəm ki, dünya təbii qaz qıtlığının olacağına hazır olmalıdır”, - SOCAR prezidenti deyib.
O, Azərbaycan qazının digər qaz mənbələri ilə rəqabət aparması təklifini rədd edib.