SOCAR Qalatasaraya ən çox maliyyə ayıran şirkətdi

29.12.2024

Icma.az, sport24.az portalına istinadən məlumat verir.

"Qalatasaray"ın sponsorlardan illik gəliri müəyyənləşib. Sport24.az Türkiyə mediasına istinadən xəbər verir ki, "sarı qırmızılılar" bu haqda İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) rəsmən hesabat verib. 

Klubun 2024-cü ildə 25 milyon 850 min avro və 1 milyard 183 milyon 286 min türk lirəsi (bugünkü məzənnə ilə təqribən 50 milyon avro) gəliri olub. 

İstanbul nəhənginin avro ilə ən çox gəlir qazandığı şirkətlər arasında SOCAR birinci yeri tutur - 15 milyon avro. "Puma" ikinci (5 milyon avro), "Türk Hava Yolları" 3-cü (2,5 milyon avro), "Arkham" isə 4-cüdür (1,9 milyon avro).

Türk lirəsi ilə ən çox gəlir isə "Rams" şirkətindən (245 milyon TL) olub.

Qeyd edək ki, SOCAR "Qalatasaray"ın Avropa kuboklarındakı matçlarında rəsmi titul - forma sponsorudur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью