SOCAR qeyri sabit hava ilə bağlı təhlükəsizliyi gücləndirib

21.08.2025

Icma.az bildirir, Mia.az portalına istinadən.

Avqustun 21-22-də Bakıda və Abşeron yarımadasında gözlənilən küləkli, qeyri-sabit hava şəraiti ilə əlaqədar Azərbayacan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyi istehsalat sahələrində təhlükəsizlik tədbirlərini gücləndirib.

Bu barədə "Azneft”dən məlumat verilib.

Bildirilib ki, təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər görülüb.

Bütün sahələrdə maarifləndirmə işləri aparılır, mövcud vəziyyət nəzarət altındadır.

Xatırladaq ki, avqustun 21-22-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью