Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) dünyada üçüncü dəfə "Digital Lighthouse Award" müka
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə SOCAR-ın rəqəmsallaşma üzrə baş inzibatçısı Murad Abdullayev jurnalistlərə açıqlamasınd
Onun sözlərinə görə, dünya üzrə 250 şirkət Dünya İqtisadi Forumunun "Rəqəmsal mayak" (Digital Lighthouse Award) mükafatına layiq görülüb.
"SOCAR Karbamid" zavodu isə ilk dəfə olaraq Azərbaycan və Mərkəzi Asiya regionunda "Qlobal mayak" şəbəkəsinə (Global Lighthouse Network) üzv seçilib və eyni zamanda Forumun "Rəqəmsal mayak" mükafatını qazanan ilk müəssisə olub.
M. Abdullayev bildirib ki, bu mükafat SOCAR-da sistematik rəqəmsal transformasiyanın düzgün istiqamətdə aparıldığını göstərir.
O qeyd edib ki, SOCAR-ın rəqəmsal transformasiyası yalnız layihə və texnologiyaların tətbiqi üçün deyil, şirkətin strateji hədəflərinə uyğun həyata keçirilir: "Bu hədəflər arasında əməliyyat səmərəliliyinin artırılması, "yaşıl enerji"yə keçid və işçilərin rəqəmsal bacarıqlarının inkişafı yer alır.
Müəssisənin uğuru həm yerli vendorların, həm də azərbaycanlı işçilərin bacarıqlarının artırılmasına töhfə verir və digər şirkətlər üçün nümunəvi layihələr yaradır".
Xatırladaq ki, "SOCAR Karbamid" zavodu dünya üzrə mükafatı qazanan ilk gübrə zavodu olmaqla yanaşı, Azərbaycanın bu nailiyyəti əldə edən ilk müəssisəsidir.