SOCAR Tech də yeni direktor təyin olundu FOTO

19.09.2026

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“SOCAR Tech”də rəhbər vəzifəyə yeni təyinat olub.

Modern.az xəbər verir ki, müvafiq əmrlə Namiq Pirimov şirkətin
Sənaye proseslərinin rəqəmsallaşdırılması üzrə direktoru vəzifəsinə təyin olunub.

O, 2022-ci ildən bu təyinatadək şirkətdə Sənaye həlləri departamentinin baş meneceri, 2019-2022-ci illərdə menecer, 2018-2021-cu illərdə isə aparıcı məaləhətçi vəzifələrində çalışıb.

O, 2009-2015-ci illərdə isə SOCAR-ın özündə fəaliyyət göstərib.

Qeyd edək ki, SOCAR Tech — SOCAR-ın rəsmi rəqəmsal transformasiya qolu və texnologiya şirkətidir (əvvəlki adı Caspian Innovation Center).

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью