Статья не опубликована
SOCAR təhlükəsizlik tədbirlərini gücləndirdi SƏBƏB | Icma.az

SOCAR təhlükəsizlik tədbirlərini gücləndirdi SƏBƏB

05.02.2025

Aznews.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi, küləkli, qeyri-sabit keçməsi ilə əlaqədar Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib.

Bu barədə SOCAR-dan məlumat verilib.

Bildirilib ki, təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər görülüb.

Bununla yanaşı, bütün sahələrdə maarifləndirmə işləri aparılır, dənizdə yerləşən bir sıra istehsalat sahələrindən təxliyyələr olunub, mövcud vəziyyət nəzarətdə saxlanılır.

AzNews.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью