SOCAR Türkiyə BursaGaz və KayseriGaz sata bilər

06.01.2025

Anews saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

SOCAR Türkiyə bu ölkə ərazisində qaz satışı həyata keçirən BursaGaz və KayseriGaz müəssisələrinin satışı ilə bağlı şirkətlərdən daxil olan təklifləri qiymətləndirir. Bunu SOCAR Turkiye Enerji” şirkətinin baş icraçı direktoru Elçin İbadov bilidirib. 
"Beş illik fəaliyyətimizdə Türkiyədə qaz distribyusiyasını genişlənirmək nəzərdə tutulmadığı üçün bu müəssisələrin satışı siyasətimizə zidd olmayacaq. Daxil olan təkliflər müsbət dəyərləndirilsə onların satışını mümkün hesab edirik",   İbadov bildirib.
Bursagaz müəssisəsi 1,2 milyon abunəçiyə KayseriGaz 700 min abunçiyə xidmət edir.
SOCAR Türkiyə 2024-cü ilin noyabrında bu  müəssisələri  satmaq  barədə istəyini ifadə edib. 
Lada Yevqraşina 
www.anews.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью