Report.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“SOCAR Türkiye” və “Siemens Türkiye” şirkətləri İzmirin Əliağa bölgəsində “Petkim” neft-kimya kompleksinin enerji infrastrukturunun modernləşdirilməsi üzrə birgə layihəni uğurla həyata keçirib.
Bu barədə “Report” “SOCAR Türkiye”yə istinadən xəbər verir. 2017-ci ildə başlayan əməkdaşlıq 18 zavodun enerji sistemlərinin yenilənməsini ə
Modernləşdirmə çərçivəsində 150-yə yaxın orta gərginlikli panel dəyişdirilib, aşağı gərginlikli panellər yenilənib və SCADA sistemləri tətbi
“Bu addımlar enerji təchizatının etibarlılığını, müəssisələrin səmərəliliyini və təhlükəsizlik standartlarını artırıb.
2024-cü ildə tərəflər elektrik sistemlərinin təhlili və gələcək investisiya ehtiyaclarının müəyyənləşdirilməsinə yönəlmiş “Petkim Electrical Health Check” layihəsinə start veriblər”, - məlumatda deyilir.
“Siemens Türkiye” şirkətinin İdarə Heyətinin sədri və baş icraçı direktoru Hüseyin Gelis “SOCAR Türkiye” ilə tərəfdaşlığın təkcə enerji infrastrukturunun modernləşdirilməsinə deyil, həm də rəqəmsal transformasiyaya, istehsalın səmərəliliyinin artırılmasına və ətraf mühitə təsirin azaldılmasına töhfə verdiyini qeyd edib.
“Siemens Türkiye”nin Elektrikləşdirmə və Avtomatlaşdırma Departamentinin rəhbəri Cengiz Bozbey vurğulayıb ki, 60 ildən artıq fəaliyyət göstərən şirkətlər üçün modernləşmə zərurətdir: “SCADA sisteminin və “Siemens”dən müasir enerji həllərinin tətbiqi əməyin mühafizəsi və təhlükəsizliyi standartlarını yaxşılaşdırmaqla yanaşı, neft-kimya proseslərini daha etibarlı və intellektual hala gətirib”.