Marja.az saytından alınan məlumata görə, Icma.az bildirir.
28 yanvar 2026-cı il tarixində SOCAR-ın prezidenti Rövşən Nəcəf "CITIC Construction Co.,Ltd."nin İdarə Heyətinin sədri Yanq Ciançiyanq ilə görüşüb.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Görüşdə SOCAR ilə Çin Xalq Respublikasının müxtəlif şirkətləri arasında uğurlu əməkdaşlıq əlaqələrindən bəhs edilib. Bu xüsusda, SOCAR ilə "CITIC Construction Co.,Ltd." şirkəti arasında enerji infrastrukturu, eləcə də neft-kimya layihələrinin həyata keçirilməsi, birgə müəssisələrin yaradılması imkanları nəzərdən keçirilib.
Söhbət zamanı SOCAR-ın Azərbaycanda və onun hüdudlarından kənarda həyata keçirdiyi layihələr, şirkətin korporativ strateji hədəfləri barədə məlumat verilib.
Görüşdə potensial əməkdaşlıq imkanlarının araşdırılması məqsədilə şirkətlər arasında Çərçivə Sazişi imzalanıb.