SOCAR və “ExxonMobil” birgə tərəfdaşlığı yenidən nəzərdən keçirib

01.06.2026

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 1 iyun, AZƏRTAC

Bakı Enerji Həftəsi çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəf “ExxonMobil Corporation” şirkətinin vitse-prezidenti Con Ardil ilə görüşüb.

Qurumdan AZƏRTAC-a verilən məlumata görə, görüşdə SOCAR ilə “ExxonMobil Corporation” arasında enerji sektorundakı uzunmüddətli tərəfdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi bildirilib. “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan ilk sərbəst təbii qaz hasilatına başlanmasının mühüm tarixi hadisə olduğu vurğulanıb.

Söhbət zamanı şirkətlər arasında ötən il imzalanmış Anlaşma Memorandumu üzrə görülən işlər və qarşılıqlı maraq doğuran digər məsələlər nəzərdən keçirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью