SOCAR və “Yokogawa Electric” əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb

05.12.2024

Icma.az xəbər verir, Report.az saytına əsaslanaraq.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “Yokogawa Electric” şirkəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

"Report" bu barədə SOCAR-a istinadən xəbər verir.

Məlumata görə, sənədə şirkətin prezidenti Rövşən Nəcəfin “Yokogawa Europe B.V.”nin prezidenti və “Yokogawa Electric Corporation”ın vitse-prezidenti Seita Hagihara ilə keçirdiyi görüşdə imza atılıb.

Memorandum şirkətlər arasında mövcud əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Sənədə əsasən, tərəflər istehsalın optimallaşdırılması, enerji səmərəliliyinin artırılması, dekarbonizasiya fəaliyyəti, emissiyaların azaldılması, habelə rəqəmsallaşdırma və digər istiqamətlərdə əməkdaşlıq edəcək, birgə layihələrin icrası imkanlarını araşdıracaqlar.

Bizim Telegram kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью