SOCAR və Yokogawa Electric əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb Xəbər saytı Son xəbərlər və Hadisələr

05.12.2024

Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "Yokogawa Electric" şirkəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

BAKU.WS bu barədə SOCAR-a istinadən xəbər verir.

Məlumata görə, sənədə şirkətin prezidenti Rövşən Nəcəfin "Yokogawa Europe B.V."nin prezidenti, eləcə də "Yokogawa Electric Corporation"ın vitse-prezidenti Seita Hagihara ilə keçirdiyi görüşdə imza atılıb.

Memorandum şirkətlərarası əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Sənədə əsasən, tərəflər istehsalın optimallaşdırılması, enerji səmərəliliyinin artırılması, dekarbonizasiya fəaliyyəti, emissiyaların azaldılması, habelə rəqəmsallaşdırma və digər istiqamətlərdə əməkdaşlıq edəcək, birgə layihələrin icrası imkanlarını araşdıracaqlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью