SOCARın kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

12.12.2024

Icma.az bildirir, Report.az saytına əsaslanaraq.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf və SOCAR-ın kollektivi Fəxri xiyabanda müasir Azərbaycan dövlətinin qurucusu, ölkəmizin yeni enerji strategiyasının müəllifi, Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, dahi şəxsiyyətin əziz xatirəsini dərin hörmət və ehtiramla anaraq məzarı önünə gül dəstələri qoyublar.

Bu barədə "Report"a SOCAR-dan bildirilib.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə gül dəstələri düzülüb.

Bizim Telegram kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью