SOCARın kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib AZƏRTAC

12.12.2024

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 12 dekabr, AZƏRTAC

Dekabrın 12-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf və SOCAR-ın kollektivi Fəxri xiyabanda müasir Azərbaycan dövlətinin qurucusu, ölkəmizin yeni enerji strategiyasının müəllifi, Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, dahi şəxsiyyətin əziz xatirəsini dərin hörmət və ehtiramla anaraq məzarı önünə gül dəstələri qoyublar.

AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi yad edilib, məzarı üzərinə gül dəstələri düzülüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью