Soçi Hava Limanı uçuşları razılaşdırılmış şəkildə həyata keçirir

14.09.2026

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 14 sentyabr, AZƏRTAC

Soçi Hava Limanı hava məkanından istifadəyə tətbiq edilən müvəqqəti məhdudiyyətlər fonunda uçuşları müvafiq qurumlarla razılaşdırılmış şəkildə qəbul edir və yola salır.

AZƏRTAC TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) məlumat yayıb. Bildirilib ki, hava limanının ərazisində hava məkanından istifadəyə müvəqqəti məhdudiyyətlər tətbiq olunur. Bu səbəbdən uçuşların qəbulu və yola salınması aidiyyəti qurumlarla əlaqələndirilərək həyata keçirilir.

Rosaviasiya sərnişinlərin uçuşlarla bağlı aktual məlumatları aviaşirkətlərdən və hava limanından dəqiqləşdirmələrini tövsiyə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью