Soçi hava limanında “Xalça” planı tətbiq edilib

11.12.2024

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Moskva vaxtı ilə saat 19:32-dən etibarən Soçi hava limanında müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.

“Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün dekabrın 11-i Moskva vaxtı ilə saat 19:32-dən etibarən Soçi hava limanının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər qoyulub”, - deyə məlumatda bildirilir.

Agentlik qeyd edir ki, təyyarə ekipajları, hava hərəkəti dispetçerləri və hava limanının xidmətləri uçuşların təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görürlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью