Dogru.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Soçi sahillərində 4,1 bal gücündə zəlzələ qeydə alınıb.
Doğru.az xəbər verir ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatına görə, zəlzələnin episentri dənizdə, Soçidən 23 kilometr cənub-qərbdə yerləşib.
Yeraltı təkanların ocağı 5 kilometr dərinlikdə olub. Episentr Krasnodardan 184 kilometr cənub-şərqdə yerləşib.
Qeyd edək ki, sentyabrın 21-də Hind okeanında 5,7 bal gücündə zəlzələ baş vermişdi.
Bundan əvvəl Papua-Yeni Qvineyada da 6,3 bal gücündə zəlzələ qeydə alınmışdı. Zəlzələnin episentri 109 kilometr dərinlikdə yerləşmişdi.
DOĞRU.AZ