Soçi və Trabzon arasında bərə əlaqəsi BƏRPA OLUNDU

29.10.2025

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Noyabrın 5-dən etibarən Türkiyənin Trabzon və Rusiyanın Soçi şəhərləri arasında yük və sərnişin daşıyan bərə reysləri başlayacaq. 
Bizim.Media xəbər verir ki, “Seabridge” adlı bərə 450 sərnişin və 200-dən çox avtomobil daşımaq gücünə malikdir və həftədə iki dəfə — bazar ertəsi və cümə axşamı günləri hərəkət edəcək. 
Səyahət təxminən 12 saat çəkəcək, gəmidə qalmaq isə biletin qiymətinə daxildir.
Əvvəlcə ilk reysin oktyabrın 29-da həyata keçirilməsi planlaşdırılmışdı, lakin 5–6 bal gücündə zəlzələ səbəbindən təxirə salınıb.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью