Soçidə çay daşdı, küçələri su basdı FOTO/VİDEO

18.12.2024

Icma.az bildirir, Manset saytına əsaslanaraq.

 Rusiyanın kurort şəhəri olan Soçidə Xerota çayı daşaraq məcrasından çıxıb, ətrafı su basıb.

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Küçələrdə əmələ gələn su axını avtomobilləri yuyub aparıb, ağacları qırıb. Daşqınlar yaşayış binalarının yaxınlığında qeydə alınıb, üç küçədə bitişik əraziləri su basıb. Fövqəladə Hallar Nazirliyi evlərə suyun daxil olmadığını qeyd edib.
Təbii fəlakətlə əlaqədar şəhərin bəzi yerlərində elektrik xətlərində problemlər yaranıb. Yolların bağlanması ilə bağlı  nəqliyyat vasitələrnin gediş-gəlişi çətinləşib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью