Sofiyada gümüş medal Fotolar

16.07.2026

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Bolqarıstanda keçirilən “Sofia Diving Cup” yarışında iştirak edən suya tullanma üzrə yeniyetmələrdən ibarət milli komandamızın üzvü Mehri Ağayeva qızlar arasında E qrupu üzrə 1 metr tramplindən tullanma kateqoriyasında gümüş medala layiq görülüb. 

“Qafqazinfo” xəbər verir ki, İdmançımız 115.20 xalla 15 idmançı arasında 2-ci yeri tutub. 

Eyni kateqoriya üzrə ötən ilki yarışda onun nəticəsi 72.95 xal (11-ci yer) olmuşdu.

Qeyd edək ki, Sofiya şəhərində 14-17 iyul tarixləri arasında keçirilən turnirdə 15 ölkədən ümumilikdə 187 idmançı çıxış edir. Milli komandamız yarışa 7 idmançıyla təmsil olunub: Alisa Hacıyeva (12 yaş), Ayla Hüseynova (12 yaş), Maqsud Tahirli (12 yaş), Mehri Ağayeva (8 yaş), Muhəmməd Hüseynov (9 yaş), Sofiya Ağayeva (6 yaş), Suada Tahir (14 yaş). Baş məşqçi – Anton Melnikov, məşqçi – Angelina Melnikova.



Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью