Şöhrət Zalına layiq bilindi

01.11.2025

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

Eden Azar İngiltərə premyer-liqasının Şöhrət Zalına layiq bilinib.

"Football-plus.az" xəbər verir ki, belçikalı sabiq futbolçu 2012-2019-cu illərdə “Çelsi”nin heyətində 245 oyuna çıxaraq 85 qol vurub və 57 məhsuldar ötürmə edib. London klubu ilə iki dəfə İngiltərə çempionu olan Azar Şöhrət Zalına daxil edilən 26-cı sabiq futbolçu olub. 
Qeyd edək ki, bu ada yalnız karyerasını başa vurmuş futbolçu və ya məşqçilər layiq görülür.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью