Şok: Əli Koç Okan Buruku təhdid etdi sənə də növbə çatacaq

26.01.2026

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

''Fənərbaxça''nın sabiq prezidenti Əli Koçla ''Qalatasaray''ın baş məşqçisi Okan Buruk arasında ciddi bir mübahisə yaşandığı məlum olub.

"Football-plus.az" xəbər verir ki, daha doğrusu, Koç Buruku həm təhqir, həm də təhdid edib! Bu qalmaqallı iddianı ortaya türkiyəli jurnalist İbrahim Seten atıb. O, bu iddianın detallarını ''343 Digital'' adlı ''yutub'' kanalında səsləndirib.
Setenin sözlərinə inansaq, hadisə ''Qalatasaray''ın sabiq vitse-prezidenti Ərdən Timurun həbs olunduğu gün ''Bebek Otel''də baş verib. Bu ikilinin yolu təsadüfən həmin oteldə kəsişib. Mübahisənin konkret hansı səbəbdən başladığı bilinməsə də, İbrahim Setenin sözlərinə görə Koç Buruka çox sərt ifadələr işlədib:

''Əli Koç Okan Buruka tərəf barmağını sallayaraq ona bəzi sözlər deyir. Onun söylədiyi sözləri mənim burda səsləndirməyə tərbiyəm imkan vermir. Koç Buruka nalayiq ifadələr işlətdikdən sonra ''sənə də növbə çatacaq'' deyir. Buruk cavabında ''nə üçün belə danışırsan? Mən sənə nə etmişəm'' deyir. Koç yenə də ona barmaq sallaya-sallaya ordan uzaqlaşır''.

Bu arada bu olayla bağlı ''Qalatasaray'' rəsmi bir bəyanat yayaraq az qala od püskürüb. Bəyanatda ''Qalatasaray''ı meydanda məğlub edə bilməyən və bu uğursuzluq üzündən vəzifəsini itirən bu şəxs, ailəsinin sahib olduğu güclə klubumuzun yürüşünün qarşısını almağa çalışır. Bütün Türkiyə bilməlidi ki, Okan Buruka qarşı edilən bu təhdid, ''Qalatasaray''a qarşı edilən bir təhdiddi'' ifadələri diqqət çəkib. Dövlət orqanlarını bu məsələyə biganə olmamağa çağıran və Əli Koçun saxlanılmasını tələb edən ''Qalatasaray'' bəyanatın sonunda Koça ''sən özünü nə hesab edirsən'' sualını ünvanlayıb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью