Şok görüntülər: evindən bir anbar narkotik çıxdı VİDEO

16.10.2025

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı  külli miqdarda narkotik vasitənin Bakı şəhəri və Abşeron rayonunda satışının qarşısı alınıb.

Daxili İşlər Nazirliyindən Globalinfo.az-a verilən xəbərə görə, Abşeron rayonunda baş tutan tədbir zamanı 39 yaşlı əvvəllər də narkotiklə bağlı cinayət törətdiyi üçün azadlığı məhdudlaşdırılan Nurlan Allahverdiyev saxlanılıb.

Ondan 47 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb. Araşdırma zamanı N.Allahverdiyevin ölkə ərazisində narkotiklərin satış və qanunsuz dövriyyəsini təşkil etdiyi müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью