Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Türkiyədə hər kəsi təəccübləndirəcək hadisə yaşanıb.
BAKU.WS xəbər verir ki, Qebze adlı bölgədə dostu Murat Yüzüak ilə dalaşan R.G. onu boğaraq öldürüb.
Murat fabriklərdən birində işçi olub. Yanvarın 5-dən sonra o evə getməyib. Ailəsi onun axtarılması ilə bağlı polisə müraciət edib.
Dostunu öldürən R.G.tapılaraq həbs edilib.
R.G. istintaq zamanı qeyd edib ki, dostunu boğduqdan sonra 36 saat onun cəsədini maşınında gəzdirib. Daha sonra onu meşəyə apararaq üzərini ot və yarpaqla örtüb.
Murat Yüzüakın cəsədi həmin ərazidən çıxarılaraq dəfn edilib.