Icma.az, Publika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Futbol üzrə Azərbaycan Premyer Liqasında komanda sayı artırıla bilər. Publika.az xəbər verir ki, elitada komandası 12-yə yüksəldilə bilər.
Futbol kuluarlarında gəzən söz-söhbətə görə, AFFA rəhbərliyi bu məsələni ciddi şəkildə müzakirə edir.
SOCAR-ın “qara kassir”i Adnan Əhmədzadənin rəhbəri olduğu ASTA-nın “Mingəçevir”in sahibinə çevrilməsindən sonra komanda sayının artırılması aktuallaşıb.
Bildirilir ki, Premyer Liqadan heç bir klub düşməyəcək. Əvəzində Birinci Liqadan 2 komanda – “Qəbələ” və “Mingəçevir” çempionatın iştirakçıl
Beləcə, komanda sayı 12-yə çatdırılacaq. Belə olan təqdirdə, AFFA yenə də əsasnaməni pozacaq.
Baxmayaraq ki, qurum rəhbərliyi dəfələrlə bildirib ki, heç bir halda əsasnamənin pozulmasına yol verməyəcəklər.
O da ola bilər ki, elitanı bir komanda tərk etsin, birinci dəstədən 3 komanda gəlsin.