Şok iddia: Neymar PSJdə hər oyundan sonra 200 min avro alırmış Buna görə...

25.11.2024

Icma.az, Publika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Keçmiş ingilis futbolçu Lyuis Brayen “Əl-Hilal”ın braziliyalı hücumçusu Neymarın PSJ-də aldığı puldan danışıb.

Publika.az xəbər verir ki, onun iddiasına görə, Neymar matçdan sonra azarkeşlərə yaxınlaşdığı üçün 200 min avro alırmış.

“Eşitdiyim ən çılğın şey Neymarın PSJ-də olmasıdır! PSJ klubunun əməkdaşı ilə məşqçilik kursunda olmuşam. Dedi ki, Neymarın müqaviləsində hər matçdan sonra gəlib azarkeşləri alqışlayanda 200 min avro mükafat alacağına dair bənd var!” – “Give me Sport” Brayandan sitat gətirib.

Bu mövsüm Neymar bütün turnirlərdə cəmi iki oyun keçirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью