ŞOK İDDİA: Rubio prezidentliyə namizəd olmaq üçün istefa verəcək

05.11.2026

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ dövlət katibi Marko Rubionun 2028-ci il prezident seçkilərində Respublikaçılar Partiyasından namizəd olmaq üçün vəzifəsindən istefa verəcəyi gözlənilir.

Turkustan.az xəbər verir ki, Britaniyanın “The Independent” nəşri Amerika və Britaniya mənbələrinə istinadən bu barədə məlumat yayıb.

Nəşrin məlumatına görə, Rubionun prezidentliyə namizəd olmaq niyyəti 3 noyabr ara seçkilərindən əvvəl də mövcud olub. Respublikaçıların seçkilərdəki məğlubiyyətindən sonra isə onun istefası ilə bağlı gözləntilər daha da artıb.

Məlumata görə, ABŞ Prezidenti Donald Trampın hazırkı administrasiyasının beş üzvü ara seçkilərdən sonra 2028-ci il prezidentlik yarışına hazırlaşır. Onların arasında Marko Rubio da var.

Rubioya yaxın ABŞ mənbələrindən biri dövlət katibinin İranla mümkün müharibə ətrafında aparılan müzakirələrdən uzaqlaşmaq və məsuliyyəti Trampın üzərinə qoymaq istədiyini bildirib.

“Onun istefa verərək administrasiyadan getmək istəməsi tamamilə başa düşüləndir. Rubio hazırda Respublikaçılar arasında əsas namizəddir. O, mütləq (ABŞ-ın vitse-prezidenti) Cey Di Vensdən öndədir. Lakin dövlət katibi vəzifəsində olduğu müddətdə prezidentlik yarışına qoşula bilməz. Administrasiya ilə bağlılığı onun uğur şanslarına təsir göstərəcək”, – deyə mənbə bildirib.

Aytən Yaşar/Turkustan.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью