Şok iddia: Zelenski bu əraziləri Rusiyaya verməyə hazırdır

12.08.2025

Icma.az, Bakupost saytına istinadən bildirir.


Ukrayna Rusiyanın işğal olunmuş ərazilərə – Luqansk, Donetsk, Zaporojye və Xerson vilayətlərinin bir hissəsinə, həmçinin Krıma nəzarətini tanımaq şərti ilə hərbi əməliyyatların dayandırılması variantını nəzərdən keçirməyə hazırdır.

Bakupost.az xəbər verir ki, bu barədə “The Telegraph” Avropadakı diplomatik mənbələrə istinadən yazıb.

Nəşrin yazdığına görə, prezident Vladimir Zelenskinin mövqeyində bu cür yumşalma, Donald Tramp və Vladimir Putin arasında Alyaskada keçirilməsi planlaşdırılan görüş ərəfəsində diplomatik dairələrdə müzakirə olunur.

Lalə,

BakuPost


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью