Şok İDDİA: Zelenski bu ölkəyə gedəcək, ömürlük

25.03.2025

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ukrayna prezidenti Vladimir Zelenskinin Cənubi Afrikaya planlaşdırılan səfərindən geri qayıtmayacağı ilə bağlı fərziyyələr var.

Milli.Az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının deputatı Aleksandr Dubinski öz Telegram kanalında bildirib.

O aydınlaşdırıb ki, hazırda atəşkəs imzalandıqdan sonra mümkün "hakimiyyət keçidi" ilə bağlı şayiələr artır. Zelenskinin Cənubi Afrikaya səfəri barədə daha əvvəl Afrika ölkəsi prezidentinin mətbuat katibi Vinsent Maqvenya məlumat vermişdi. Səfərin aprelin 10-da baş tutması planlaşdırılır.

"Zelenskinin tezliklə gedəcəyi ilə bağlı çoxlu şayiələr var. Bu, çox güman ki, sabit atəşkəs imzalandıqdan sonra baş verəcək. Ola bilər ki, o, Cənubi Afrikaya getsin və bir daha geri qayıtmasın", - Dubinski əlavə edib. /Publika.az

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью