ŞOK PLAN: İran və Oman Hörmüz boğazında KONKRET

06.08.2026

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İran və Oman Hörmüz boğazındakı mövcud şimal və cənub gəmiçilik marşrutlarının tədricən tək mərkəzi dəhlizlə əvəz olunması planını müzakirə edirlər.

KONKRET.az xəbər verir ki, “Fars” agentliyinin məlumatına görə, irəli sürülən təkliflərin ilkin mərhələsində gəmilərin şimal marşrutu ilə daxil olub cənub marşrutu ilə çıxması nəzərdə tutulur. Keçid dövründən sonra isə bütün gəmiçilik axını vahid mərkəzi dəhlizə keçiriləcək – daxil olan hərəkəti İran, çıxan hərəkəti isə İran və Oman birgə idarə edəcək. Eyni zamanda, tranzit haqları yükün dəyərinin sabit faizi olaraq deyil, sığorta, yanacaq doldurma və ekoloji müşayiət kimi göstərilən xidmətlər əsasında hesablanacaq. Yükün dəyərinin 3% və ya 7% həcmində rüsumların tətbiq ediləcəyi ilə bağlı yayılan məlumatlar isə təkzib olunub.

Natiq Səlim,
KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью