Hurriyyet saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Sportinfo TV”nin yeni “youtube” layihəsi “Futbol manşet”in növbəti buraxılışı efirə gedib.
Tanınmış jurnalistlər Elçin Cəfərov və Ramiz Mirzəzadənin təqdimatında yayımlanan verilişdə xüsusilə Azərbaycan futbolunda baş verən son hadisələrə toxunulub, aktual müzakirələrdə maraqlı fikirlər səsləndirilib.
Meydanda oynanılan futbol fonunda “Neftçi” və “Sabah”da işlərin arzulanan formada olduğu diqqətə çatdırılaraq, baş məşqçilər üçün həyəcan siqnalının çalındığı fikirləri səsləndirilib.
Ölkə kubokunda yarımfinal matçının cavab oyunlarının önəmli olduğunu deyən şərhçilər iddialı fikirlə diqqət cəlb ediblər: “Tarixi filmlərdə deyildiyi kimi, “kəllə” gedəcək.
Vasili Berezutskini final olmayacağı təqdirdə, daha asan yola salacaqlar. Samir Abasov isə təzyiqlərə tab gətirə bilmir.
Onun üçün də kubok son şansdır”. Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir.
Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.