Şok: Rusiyanın 30 aviaşirkəti sıradan çıxır | Icma.az
Xalqcebhesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Rusiya daxilində sərnişin daşımalarının 26 faizini həyata keçirən 30 kiçik və orta yerli aviaşirkət 2025-ci ildə müflis ola bilər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə “İzvestiya” məlumat yayıb.
“Maliyyə vəziyyətinin kəskin pisləşməsi və operator sertifikatlarının ləğvi xarici təyyarələrin lizinqinə görə yığılmış borcların ödənilməsini çətinləşdirir.
2022-ci ildə sanksiyaların tətbiqindən sonra onların bir çoxu lizinq ödənişlərini dayandırıb.
2025-ci ildə hökumət onlara olan borcların silinməsinə icazə versə də, bu məbləğlərdən 25% gəlir vergisi tutulacaq.
Bu maliyyə gərginliyi onları müflis olmağa məcbur edə bilər”, - məlumatda qeyd olunub.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu