Şok: Ukrayna ordusu Donbasdan geri çəkilə bilər

13.02.2026

Icma.az, Axar.az saytına istinadən bildirir.

Kiyev Ukrayna Silahlı Qüvvələrinin Donbasdan çıxarılmasına razılaşa bilər.

Axar.az xəbər verir ki, bunu adları açıqlanmayan Ukrayna Prezidenti Vladimir Zelenskinin iki müşaviri "Atlantik" nəşrinə deyib.

Məlumata görə, onun iki müşaviri bildirib ki, Ukrayna ən sərt güzəşti qəbul etməyə hazır ola bilər. Qoşunların Donbasdan çıxarılmasını qanuniləşdirmək üçün onlar bu yaz referendum keçirməyi düşünürlər.

Nəşr qeyd edib ki, Zelenskinin yaxın çevrəsinin bəzi üzvləri də sülh şanslarının azalmasından narahatdırlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью