“Şokolad testi” Bir təcrübənin izi ilə… | Icma.az
Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir. Bəzən öz arzu və istəklərimizə nail olmaq üçün müxtəlif yollara baş vururuq.
Bəs, lazım gəlsə, bu arzu və istəklərimizdən imtina edə bilərikmi? Ya da lazım gəlsə, bu arzu və istəklərimizi təxirə sala bilərikmi?
Və nəhayət son sual, əgər təxirə sala biləriksə, bunun bizim üçün faydaları nələrdir?
Bu suallara cavab tapmaq üçün Stanford Universitetinin psixoloqu Valter Mişel bir təcrübə apardı.
Bunun üçün, o, universitet müəllimlərinin uşaqlarından ibrət bir qrup təşkil etdi və yaşları orta hesabla 4 olan bu uşaqlara cürbəcür şokoladlar təklif etdi.
Ancaq V. Mişel şokoladları verməzdən əvvəl uşaqlara: “Əgər kim 15 dəqiqə səbir etmək istəsə, ona iki şokolad verəcəyəm.
Yox əgər kim 15 dəqiqə səbir etmək istəməsə, ona bir şokolad verəcəyəm”, - dedi. Və V.
Mişel otaqdan çıxar-çıxmaz uşaqlardan bir qrupu əllərini masaya uzatdılar və masadan bir şokolad götürdülər.
Tam oxu
Xəbəri oxu