Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Son günlərdə tələbə və şagirdlərin müəllimlərə şokolad verməsi trend halına gəlib.
Bu, müəllimlərə olan sevgi və hörmətin gözəl bir ifadəsidir.
Lakin videolarda istifadə olunan trend musiqisinin iyrənc sözlərinə diqqət etməliyik”.
Ölkə.Az xəbər verir ki, bunu rejissor Elçin Ağazadə deyib. O, mahnının sözlərini paylaşaraq müəllim-şagird münasibətləri ilə əlaqəsiz olduğu
Bu da sizə trend. Uşaq və müəllim arasında belə sözlərin istifadə edilməsi nə dərəcədə düzgündür?
Xüsusilə, “Bir gecəlik olmaq nədir öyrət mənə” cümləsinin müəllimə olan sevgiyə nə dəxli var?
Bu cür erotik məzmun uşaqların və gənclərin şüuraltısına mənfi təsir edə bilər.