Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Yaponiyalı tədqiqatçılar süni intellektin köməyilə heyvanların qidadan aldığı həzz dərəcəsini müəyyən edən gözlənilməz üsul kəşf ediblər. eNeuro jurnalında dərc olunan araşdırmaya görə, siçovullar şokolad yeyərkən insan qulağının eşidə bilmədiyi, təxminən 40 kilohers tezliyində xüsusi ultrasəs siqnalları ötürürlər.
Alimlər heyvanlara adi yem və şokolad təqdim edərək onların davranışlarını müqayisə ediblər. Məlum olub ki, eyni miqdarda qida qəbul edilməsinə baxmayaraq, "40 kHz inverted-U" adlı qısa siqnal əsasən şokolad yeyilən anlarda — qidalanmanın ilk saniyəsində qeydə alınır. Beynin həzz və mükafat sisteminə cavabdeh olan meyl mərkəzi (opioid sistemi) bloklandıqda isə bu ultrasəs reaksiyası kəskin şəkildə azalır.
Bu kəşf gələcəkdə heyvanların emosional vəziyyətini real vaxt rejimində qiymətləndirməyə imkan verəcək. Eyni zamanda, tapıntı beynin mükafat mexanizminin işini, həmçinin insanlarda həzz alma qabiliyyətinin itməsi (anhedoniya) və həddindən artıq yemə pozuntularını öyrənməyə kömək edəcək.
Hazırladı:
Arzu ƏLİYEVA
XQ