Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.
“Maredo” brendinə məxsus Cocoland şokoladı ilə bağlı ciddi və narahatedici şikayət qeydə alınıb. Müştərinin iddiasına görə aldığı şokoladı yeyərkən məhsulun içindən rezak çıxıb və nəticədə xəsarət alıb. Hadisə istehlakçı sağlamlığı üçün təhlükə yaratmaqla yanaşı, qida məhsullarının istehsalı və satışında təhlükəsizlik qaydalarına əməl olunması məsələsini yenidən gündəmə gətirib. Məsələ ictimaiyyət arasında geniş rezonans doğurub və araşdırma aparılması zərurətini ortaya çıxarıb.
Bu barədə Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Demokrat.az-a açıqlama verib.
O bildirib ki, belə hallar məhsulun istehsal və keyfiyyətə nəzarət prosesində ciddi pozuntunun olduğunu göstərir:“
Rezakin şokoladın içində olması “ISO”, “22000”, “HACCP” və digər qida təhlükəsizliyi standartlarının pozuntusuna işarədir. Belə olduğu halda istehsalçı dərhal araşdırma aparmalı, problemli partiyanı geri çağırmalıdır. Gələcəkdə oxşar halların qarşısını almaq üçün istehsal prosesini yenidən gözdən keçirməlidir. Bu hadisə insan sağlamlığı baxımından ciddi risklər yaradır. Şokoladın içindən rezak kimi kəskin metal əşyənin çıxması, yalnız ağrılı kəsiklər yaratmaqla qalmır, həm də infeksiya və qanaxma riskini artırır. Bu halalr həzm sistemi üçün də təhlükəlidir. Kiçik metal parçaları udulsa, udlaq, mədə və bağırsaq yollarında ciddi yaralanmalara, qanaxmaya və hətta daxili infeksiyalara səbəb ola bilər. Bu cür hallarda, istehlakçı dərhal tibbi yardım almalıdır”.
O qeyd edib ki, müştərilər məhsul alarkən məhsulun son istifadə tarixinə diqqət etməlidirlər:
“Qablaşdırma sağlam və deşilməmiş olmalıdır. Etiketdə tərkibi və allergen məlumatları göstərilməlidir. Qidanın rəngi, qoxusu və görünüşü normal olmalıdır. Qida məhsullarının istehsal və paylanması zamanı təhlükəsizlik tədbirləri gücləndirilməli, oxşar halların təkrarlanmasının qarşısı alınmalıdır. Ümumiyyətlə sağlam qidalanma bizim üçün ən önəmli amildir. Unutmamalıyıq ki, sağlam yaşamaq üçün, sağlam qidalanmalıyıq”.
Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin. Bu barədə Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Demokrat.az-a açıqlama verib.