Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.
Bakı şəhərinin 2040-cı ilədək Baş Planı çərçivəsində paytaxtın müxtəlif istiqamətlərində genişmiqyaslı yenidənqurma, abadlıq və söküntü işlərinin aparılması gözlənilir. Cari şəhərsalma layihələrinə əsasən, şəhərin həm mərkəzi, həm də ətraf rayonlarında köhnə mənzil fondunun və kommersiya təyinatlı obyektlərin yenilənməsi planlaşdırılır.
Demokrat.az xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc Baku.ws-ə açıqlamasında ilkin mərhələdə Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsində yerləşən tikinti materialları bazarının, eləcə də ətrafdakı ticarət obyektlərinin söküləcəyini diqqətə çatdırıb:
“Bundan başqa, Yasamal, Nərimanov, Nəsimi, Xətai, Sabunçu, Suraxanı və Binəqədi rayonlarında köhnə yaşayış fondunun yenilənməsi istiqamətində layihələr nəzərdən keçirilir. Bayıl qəsəbəsi istiqamətində, Mərkəzi Parkın genişləndirilməsi ətrafında, eləcə də “Təzəpir” məscidi yaxınlığında müəyyən ərazilərdə yenidənqurma işlərinə başlanılıb. Zərgərpalan küçəsi və ətraf hissələrdə də abadlıq və infrastruktur layihələrinin icrası planlaşdırılır. Şəhərin mərkəzində həyata keçirilməsi nəzərdə tutulan layihələrdən biri də Qış Parkının genişləndirilməsi və onun Nizami küçəsi ilə əlaqələndirilməsidir. Layihə çərçivəsində yeni piyada keçidləri və ictimai məkanların yaradılması nəzərdə tutulur. Bundan əlavə, Ceyhun Hacıbəyli küçəsində, vətəndaşların “Semaşko” kimi tanıdığı 1 saylı Kliniki Tibbi Mərkəzin ətrafında tramvay xəttinin yaradılması ilə bağlı infrastruktur işlərinin aparılması planlaşdırılır".
Kompensasiya məsələlərinə toxunan iqtisadçı əvvəllər tətbiq edilən 1500 manatlıq ödənişin bəzi layihələrdə artıq 2700 manata çatdırıldığını qeyd edib:
“Bununla belə, vahid məbləğin müəyyənləşdirilməsi əvəzinə hər bir əmlak üzrə ayrıca qiymətləndirmə aparılması daha ədalətli yanaşma olardı. Söküntüyə məruz qalan vətəndaşlara elə kompensasiya ödənilməlidir ki, onlar yaşadıqları əraziyə yaxın zonalarda yeni mənzil əldə edə bilsinlər. Bu, insanların şəhərin mərkəzi hissələrindən uzaqlaşmasının qarşısını almaqla yanaşı, sosial və iqtisadi tarazlığın qorunmasına da xidmət edər”.
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın. Demokrat.az xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc Baku.ws-ə açıqlamasında ilkin mərhələdə Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsində yerləşən tikinti materialları bazarının, eləcə də ətrafdakı ticarət obyektlərinin söküləcəyini diqqətə çatdırıb: