Sökülüb yerində bina tikiləcəyi iddia edilən peşə məktəbi ilə bağlı məsələyə aydınlıq gətirilib

30.09.2026

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Sumqayıt şəhərində yerləşən 35 nömrəli peşə məktəbinin sökülərək ərazidə yaşayış binasının inşa ediləcəyi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə APA-ya Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.

"Sözügedən ərazidə mövcud peşə təhsili infrastrukturunun yenilənməsi və müasir standartlara cavab verən yeni peşə təhsili müəssisəsinin inşası planlaşdırılır", - məlumatda qeyd olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью