Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsinin "Nargilə" dairəsindən Respublika Neyrocərrahiyyə Xəstəxanasına qədər olan hissəsində genişmiqyaslı söküntü işlərinin aparılması planlaşdırılır.
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, sözügedən ərazi yenidənqurma layihəsi çərçivəsində plana salınıb.
Məlumatda bildirilir ki, Respublika Neyrocərrahiyyə Xəstəxanası istisna olmaqla, yolboyu yerləşən yaşayış və qeyri-yaşayış obyektlərinin, o cümlədən bir sıra ictimai iaşə müəssisələrinin sökülməsi nəzərdə tutulur.
Söküntü aparılacaq obyektlər arasında "Mirvari Plaza" şadlıq sarayı və "Nargilə" kafesinin də olduğu qeyd edilir.
Əldə etdiyimiz məlumata əsasən, artıq bəzi binaların sakinləri ilə ilkin danışıqlar aparılıb və onların mənzilləri könüllü şəkildə tərk etmələri üçün razılıq sənədlərinə imza toplanılmasına başlanılıb.
Söküntü işlərinin bir sıra nöqtələrdə iyulun 1-dən etibarən başlaması gözlənilir.
Murad İsmayıl